Gündəm

DTX icra başçısını rüşvət aldığına görə HƏBS EDİB

DTX icra başçısını rüşvət aldığına görə HƏBS EDİB

Xəbər verdiyimiz kimi, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları Neftçala icra hakimiyyətinin binasına daxil olub.

Kanal14 xəbər verir ki Unikal.org-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, Neftçalanın icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev rüşvət alarkən DTX tərəfindən həbs edilib.
Qeyd edək ki, Neftçala icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev  Azərbaycan Respublikasının ilk Baş Prokuroru İsmət Qayıbovun bacısı oğludur.