Gündəm

“Yeni Yalta sazişi” hazırlanır, dünya bölünür - Klimkin

 

 

 

 

 

 

Rusiya ilə Qərb arasında müqavilə bağlanması təhlükəsi var.

Kanal14  xəbər verir ki, bunu "Ukrlife.tv”yə müsahibəsində Ukraynanın keçmiş xarici işlər naziri Pavel Klimkin deyib. Onun sözlərinə görə, bu müqavilə sayəsində Ukrayna yenidən Moskvanın təsirinə düşə bilər:

"Rusiya və Qərb ölkələri dünyanın təsir zonalarına bölünməsi üçün yeni Yalta-2 razılaşması imzalaya bilərlər. Hesab edirəm ki, bu razılaşma təhlükəsi tam realdır. Bu, bizim üçün də, Qərb üçün də çox pis olacaq. Biz inamımızı itirəcəyik”.

Klimkin Ukraynanın Qərbdən olan liderlərlə və siyasətçilərlə birgə işləməsi gərəkdiyini söyləyib./Axar.az