Gündəm

Bakıda ölən şəxsi “soydular” – 3 saylı klinik xəstəxanada biabırçılıq

Bakıda 3 saylı şəhər klinik xəstəxanasında ölən şəxsin cibindən oğurluq edilib.Kanal14-ün məlumatına görə, şəkəri qalxdığı üçün dünyasını dəyişən, 1956-cı il təvəllüdlü Vaqif Ağayevin cibindən 560 manat pul götürülüb.Mərhum ailəsi polisə şikayət edib.Faktla bağlı araşdırma aparılır.  /BakuPost/