Gündəm

Bakıda canavar 54 yaşlı kişiyə hücum etdi – FOTO

Bakının Sabunçu rayonunda canavar yerli sakini dişləyib.

Kanal14-un xəbər verir ki, canavarın hücumuna Maştağa qəsəbəsi, "Savalan” yaşayış massivinin sakini 1966-cı il təvəllüdlü Cahangirov Camal Fəxrəddin oğlu məruz qalıb.

Yırtıcı onun bədəninin hər iki yuxarı ətrafına xəsarət yetirib.

C.Cahangirov təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb.   /Report/