Gündəm

MSK bu seçki dairələri ilə bağlı qərar verdi - SİYAHI

Mərkəzi Seçki Komissiyasının iclasında 9 saylı Binəqədi ikinci, 10 saylı Binəqədi üçüncü, 12 saylı Qaradağ-Binəqədi-Yasamal, 42 saylı Sumqayıt ikinci, 46 saylı Şirvan, 51 saylı Qusar, 66 saylı Biləsuvar, 86 saylı İsmayıllı, 125 saylı Zəngilan Qubadlı seçki dairələrindən daxil olan müraciətlərə baxılıb.

Kanal14-ün xəbərinə görə, müzakirələrdən sonra müraciətlərin araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi barədə qərar qəbul edilib.

 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədlər Səməd Rəhimli və digərlərinin müraciətinə baxılıb. Həmin seçki seçki dairəsinin 7 məntəqəsinin nəticələri ləğv olunub.

 Qeyd: MSK-nın fevralın 13-də keçirilmiş iclasında 4 seçki dairəsinin nəticələri ləğv edilib:/ Pravda.az

 - 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə

 - 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli

 - 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu

 - 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.