Gündəm

Rusiya Ermənistanın inkişafına maliyyə ayırdı

Rusiya Ermənistanın Kotayk və Geğarkunik əyalətlərinin inkişafı üçün Rusiya – BMT "İnam” fondu çərçivəsində 2,8 milyon ABŞ dolları ayırıb.

Kanal14 Report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin müşaviri Dmitri Stepanov bildirib.

"Üç illik müddətə nəzərdə tutulan layihə çərçivəsində turizmdən tutmuş kənd icmalarının inkişafınadək xeyli sahələr əhatə olunur”, – deyən rusiyalı diplomat bundan əvvəl Tavuş əyalətinin də inkişafına dair layihənin icrasını dəstəklədiklərini diqqətə çatdırıb.