Gündəm

Qonşu ölkədə ən çox bu avtomobillər oğurlanır - SƏBƏB

 
KASKO sığorta şirkəti Rusiyada ən çox oğurlanan avtomobil markalarının siyahısını açıqlayıb.

Lent.az -ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, siyahıya "Kia Rio" başçılıq edir. Ən çox oğurlanan markalar arasında sonrakı yerləri "Toyota Camry", "Hyundai Solaris", "Kia Optima" və "Hyundai Sonata" tutur.

Ekspertlərin qənaətinə görə, Koreya istehsalı olan avtomobillərin daha çox oğurlanması onların ehtiyat hissələri ilə bağlıdır.