kanal14.az
kanal14.az

"Bakı sakinləri "Formula 1"i maraqla izləyirlər" - Eldar Əzizov

12-02-2020, 13:09 13 dəfə baxılıb

"Bakı sakinləri "Formula 1" üzrə Azərbaycan Qran-prisini çox maraqla qarşılayır və izləyirlər".

 Kanal14 xəbər verir ki "Report"un məlumatına görə, bunu Bakı Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

O qeyd edib ki, Azərbaycan son 16 il ərzində ciddi inkişaf yolu keçib: "Ciddi sabitlik və inkişaf sayəsində belə bir tədbiri keçirmək mümkün olur. Bunun müsbət tərəflərini görməkdəyik. 2016-cı ildən indiyədək turistlərin sayı 4 dəfə artıb. 2016-cı ildə 144 otel var idisə, indi 200-dən çoxdur. Belə əhəmiyyətli tədbirlər həm Bakını dünyada təbliğ edir, həm də sakinlərimiz böyük sürətlə dünyaya inteqrasiya edirlər. Belə tədbirləri davam etdirmək niyyətindəyik. Bu il də yüksək səviyyədə Qran-pri keçirəcəyimizə əminəm".

Hazırda Bakıda əhalinin 3 milyona çatdığını deyən icra başçısı şəhərin uzunluğunun 38 km olduğunu vurğulayıb.

Qeyd edək ki, bu il "Formula 1" üzrə Azərbaycan Qran-prisi iyunun 5-7-də keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA