Gündəm

ABŞ, Rusiya ilə qarşı-qarşıya gələn Türkiyəni öz tərəfinə çəkmək istəyir – ŞOK HƏMLƏ

"Ceyms Ceffrini Suriyadakı hadisələri koordinasiya etmək üçün Ankaraya göndərdim”.

Mumtv -nin Anadolu agentliyinə istinadən məlumatına görə, ABŞ-ın Dövlət katibi Mayk Pompeo Suriya üzrə xüsusi nümayəndə Ceyms Ceffrinin Türkiyə səfərinə dair açıqlamasına belə deyib. O bildirib ki, Vaşinqton İdlibdəki hadisələrdən narahatlıq keçirir. İdlibdə həlak olan türkiyəli hərbçilərin ailələrinə başsağlığı verən diplomatın sözlərinə görə, ABŞ müttəfiqi Türkiyəni dəstəkləyir. Mayk Pompeo Suriya və Rusiya ordusunu İdlibdə əməliyyatları dayandırmağa çağırıb.

Qeyd edək ki, ötən gün rusiyalı nümayəndə heyəti İdlibdəki vəziyyəti müzakirə etmək üçün Türkiyədə olub. Lakin tərəflər nəticə əldə edə bilməyib.  /Publika.az/