Gündəm

İsgəndər Həmidovun son durumu: Türkiyəli həkimlər nə deyib?

5 gün əvvəl Mərkəzi Klinik Xəstəxanadan "City Hospital”a köçürülən Milli Azadlıq Hərəkatının liderlərindən biri, sabiq daxili işlər naziri İsgəndər Həmidovun vəziyyəti kritikdir.

Kanal14  bildirir ki, bunu Cebhe.info-ya tibb elmləri dosenti, professor Adil Qeybulla sabiq nazirin son durumundan danışarkən deyib.

O, İsgəndər Həmidovun müalicəsinin reanimasiya şöbəsində davam etdirildiyini deyib:

"Vəziyyəti ağır olaraq qalır. Türkiyədə iki professor gəlmişdi və konsilium olundu. Vəziyyəti ağır dəyərləndirildi. Müəyyən tövsiyələr olundu ki, müalicələr davam etdirilsin. Vəziyyəti çox kritik sayılır”.

Xatırladaq ki, 24 yanvarda təxminən saat 17:00 radələrində gəzinti zamanı İsgəndər Həmidovun halı qəflətən pisləşib və o, huşunu itirib. Hazırda komadadır və süni tənəffüs aparatına qoşulub.