Gündəm

Güclü külək Bakıda nazirlik binasının dam örtüyünü qopardı: hərəkət məhdudlaşdırıldı

Hazırda paytaxtda müşahidə olunan güclü külək keçmiş Nəqliyyat Nazirliyinin binasının dam örtüyünü qoparıb.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Modern.az-a faktı təsdiqləyib.

O, həmçinin, qeyd edib ki, bu səbəbdən də Tbilisi prospektində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb:

"Çünki dam örtüyünün qalan hissəsi də qopmaq üzrədir. Sürücülərdən diqqətli olmaları xahiş edilir".