Gündəm

Daha bir namizəd namizədliyini geri götürdü

Daha bir namizəd öz namizədliyini geri götürdü



















 

 

 

Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyasının sədri
cənab Məzahir Pənahova
Sürəti: 45-saylı Abşeron seçki Komissiyasının sədri
xanım Dilşad Abbasovaya
"Azərbaycanın Səsi” İctimai Birliyinin sədri,
45 saylı Abşeron seçki dairəsindən
Milli Məclisə deputatlığa namizədliyi
qeydə alınmış Əhmədov Faiq Mehman oğlu
tərəfindən

ƏRİZƏ

Diqqətinizə çatdırmaq istəyirəm ki, rəhbərlik etdiyim "Azərbaycanın Səsi” İctimai Birliyi yarandığı ilk gündən Ümummilli Liderimiz Heydər Əliyevin dövlətçilik ideyalarının daşıyıcısı olan bir qurum kimi fəaliyyət göstərmişdir. Bütün fəaliyyət dövrümüzdə bizim əsas məqsədimiz Ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti təbliğ etmək, dövlət başçımız tərəfindən respublikada həyata keçirilən əsaslı islahatları dəstəkləmək olub.
O cümlədən, 2020-ci il fevral ayının 9-da keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə deputatlığa namizədliyimi irəli sürməkdə də mənim əsas məqsədim möhtərəm prezidentimizin kadrların gəncləşdirilməsi yönümündə həyata keçirdiyi islahatların "Azərbaycanın Səsi” İctimai Birliyi tərəfindən dəstəkləndiyini bir daha nümayiş etdirmək, həmçinin seçkiqabağı təbliğat-təşviqat kampaniyasının gedişində bir daha xalqımızı dövlət başçımızın ətrafında daha da sıx birləşməyə dəvət etmək olub. Elə bilirəm ki, mən bu məqsədlərimə nail ola bilmişəm.
Bu gün isə mən artıq öz namizədliyimi Yeni Azərbaycan Partiyasından namizəd Əsədov Oktay Sabir oğlunun xeyrinə geri çəkirəm. Bu addımımı belə izah edirəm ki, Oqtay müəllim ilk növbədə Ümummilli Liderimiz Heydər Əliyev idealarının əsas daşıyıcısı olan Yeni Azərbaycan Partiyasını təmsil etməklə ölkənin ali qanunverici orqanında xalqa və dövlətə daha çox fayda verəcəkdir. Həmçinin cənab Oqtay Əsədov uzun illər ölkə prezidentinin yanında olaraq, dövlətə və dövlətçiliyimizə sədaqət prinsipləri əsasında şərəf və ləyaqətlə xidmət etmişdir.

Dediklərimi nəzərə alaraq, bütün potensial seçicilərimi 45 saylı Abşeron Seçki Dairəsindən Deputatlığa ən layiqli namizəd olan Əsədov Oktay Sabir oğluna öz səslərini verməyə çağırıram!

Hörmətlə: Əhmədov Faiq Mehman oğlu,
45 saylı Abşeron Seçki Dairəsindən Deputatlığa namizəd,
"Azərbaycanın Səsi" İctimai Birliyinin sədri.
Daha bir namizəd öz namizədliyini geri götürdü
Daha bir namizəd öz namizədliyini geri götürdü
Daha bir namizəd öz namizədliyini geri götürdü