Gündəm

İlham Əliyev Xalq artistini təltif etdi - SƏRƏNCAM

İlham Əliyev Xalq artistini təltif etdi - SƏRƏNCAMAzərbaycan Respublikası Prezidenti İlham Əliyev Əlibaba Balaəhməd oğlu Məmmədovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

 

Sərəncama əsasən, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Əlibaba Balaəhməd oğlu Məmmədov "Şərəf" ordeni ilə təltif edilib.

Qeyd edək ki, Ə.Məmmədov Azərbaycanın Xalq artisti, xanəndə, bəstəkardır.