Gündəm

“Dövlət satınalmalarında şəffaflığın artırılması” təşəbbüsü həyata keçirilir

Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz və Tədqiqat və Resurs Mərkəzi-Gürcüstan təşkilatı tərəfindən icra olunan "Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində "Dövlət satınalmalarında şəffaflığın artırılması” təşəbbüsü həyata keçirilir. Təşəbbüs "Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İB ekspertləri tərəfindən icra olunur. Təşəbbüsün məqsədi dövlət satınalmalarında şəffaflığın təmin edilməsi və bu sahədə mövcud problemlərin həllinə nail olunmasına yardım gostərilməsdir. Təşəbbüs çərçivəsində dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin analizi, antikorrupsiya ekspertizası aparılacaq. Hökumət hesabatları, satınalmalar haqqında hesabatlar, beynəlxalq təşkilatların hesabatları və tövsiyyələri təhlil ediləcək. Bu tədqiqatların nəticəsi kimi satınalmalarda şəffaflığın artırılması məqsədilə təkliflər paketi hazırlanacaq.