Gündəm

Azərbaycanlılar Çindən təxliyə edildi

Çində koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən Azərbaycan vətəndaşlarının təxliyə prosesi başlayıb.

Kanal14 xəbər verir ki, Çində koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən Azərbaycan vətəndaşları artıq təxliyə edilib.

Onları gətirən təyyarə Uhan hava limanından səmaya qalxıb. Təyyarə əvvəlcə Ulan Batora uçacaq və Türkiyə paytaxtı Ankarada yerə enəcək.  /Report/