ATƏT DTİHB SMM-in media analitiki Vüsalə Mahirqızı ilə görüşüb
K. Kalinina SMM-nın fəaliyyəti barədə ətraflı məlumat verib, fəaliyyət istiqamətlərindən birinin media ilə iş olduğunu bildirib.
Öz növbəsində, Vüsalə Mahirqızı "APA Group”, qrupa daxil olan təsisatlar haqqında geniş məlumat verib.
Görüşdə ölkədə seçkiöncəsi media mühiti, medianın, o cümlədən "APA Group”un seçki prosesində iştirakı, Azərbaycanda medianın vəziyyəti, təbliğat-təşviqat müddətində mediada namizədlərə yaradılmış şərait və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.