Gündəm

Azərbaycanın işğal olunmuş ərazilərində daha bir erməni hərbçi ölüb

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində daha bir erməni hərbçi ölüb.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, ötən gün 1990-cı il təvəllüdlü müddətdən artıq hərbi qulluqçu Vazgen Xaçatryan yol qəzası nəticəsində həlak olub.

 

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, sentyabrın 2-si axşam saatlarında Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmətdə olan 1996-cı il təvəllüdlü əsgər Vanik Gevorkyan intihar edib.