Gündəm

Rövnəq Abdullayev AFFA prezidenti seçildi



AFFA-nın prezident seçkiləri keçirilib.

 Kanal14 saytının məlumatına görə, qurumun rəhbəri assosiasiyanın bu gün keçirilən növbəti Konfransında seçilib.

"Bulvar otel”də baş tutan tədbirdə Rövnəq Abdullayev yenidən AFFA-nın prezidenti olub. Seçkilərdə yeganə namizəd olan qurum rəhbəri 2024-cü ilə qədər ölkə futboluna rəhbərlik edəcək./Apasport.az 

 

O, 4-cü dəfə bu vəzifədə çalışacaq. İlk dəfə 2008-ci ildə AFFA-nın prezidenti seçilən R.Abdullayev 2012-ci və 2016-cı illərdə Konfransın etimadını qazanıb.

Qeyd edək ki, R.Abdullayev AFFA-nın sayca 3-cü prezidentidir. Ona qədər Fuad Musayev (1992-2003) və Ramiz Mirzəyev (2003-2007) qurumun rəhbəri olub.