Gündəm

Sabiq icra məmuru və müstəntiqlə bağlı YENİ QƏRAR

Sabiq icra məmuru və müstəntiqlə bağlı YENİ QƏRARBakı Apellyasiya Məhkəməsində dələduzluqda və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Vüqar Poladov və Misir Əmirovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Kanal14 xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, iş baxışdan çıxarılıb, birinci instansiya məhkəməsinə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Vüqar Poladov 8600 manat cərimə edilib və onun vəkillik fəaliyyəti ilə məşğul olması iki illik qadağan edilib. Bu iş üzrə digər təqsirləndirilən sabiq müstəntiq Misir Əmirov isə beş min manat cərimə edilib.

İttihama əsasən, V.Poladov müxtəlif işləri həll etmək adı ilə vətəndaşlara vəd verərək, pul almaqda ittiham olunur. Ona külli miqdarda dələduzluq və rüşvət verməyə təhrik etmə əməlləri ilə bağlı müvafiq maddələrlə ittiham verilib.

Qeyd edək ki, ki, Vüqar Poladov Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin keçmiş baş icra məmuru olub. O, uzun müddət İctimai Televiziyada "İcra məmuru" rubrikasının daimi müsahibi olub və ölkədə məhkəmə qərarlarının icrası ilə bağlı hesabatlar verib.

Sonradan həmin sistemdən uzaqlaşıb və vəkil kimi fəaliyyətə başlayıb. 12 saylı vəkil bürosunun vəkili olub./Oxu.Az