Gündəm / Sosial

Ehtiyatda olan Polkovnik, Müdafiə Nazirliyində olan Korrupsiyadan danışdı!!!

Ehtiyatda olan Polkovnik, Müdafiə Nazirliyində olan Korrupsiyadan danışdı!!!

Əfqanıstan, Qarabağ, Azərbaycan silahlı qüvvələrinin veteranı ehtiyatda olan Polkovnik Fəttahov Ağaverdi Xanoğlan oğlunun söylədiklərinə görə, dəfələrlə Ali Baş Komandan Cənab İlham Əliyevə müraciət edərək öz xahişini və müraciətini bildirməsinə baxmayaraq, bu günə kimi səsinə səs verən olmamışdır!
Belə ki, ümüdünü üzməyərək Ölkə Başçısına təkrar müraciətini edən Polkovnikin öz dilindən çıxanları olduğu kimi Dogruxeber.az informasiya agentliyi olaraq sizlərin diqqətinizə çatdırırıq!
- " Cənab Ali Baş Komandan!
Sizin 2011- ci il dekabr ayında imzaladığınız Fərman əsasında, 20 il qüsursuz xidmət edən zabitlərə ev verilsin, o fərman mənə də şamil olunurdu.Çox təəssüflər olsun ki, bu günki günə qədər də mən o evi ala bilmirəm.Hələ, düz 2013 -cü ildən bu günə qədər Müdafiə Nazirliyi ilə mübarizə aparırdım.Əlbəttə, o vaxtlar da mənə bildirildi ki, sən orda hörmət eləməsən sənin adını siyahıya verməyəcəklər.Buna sübut, bu yaxınlarda iki Polkovnikdən, hansı ki , onların adları siyahıya düşmək üçün Müdafiə Nazirliyi tərəfindən 10 min manat pul istənildi!
Əyər, Baş Prokurorluğa və Korrupsiya idarəsinə bu iş maraqlıdırsa, mən həmin o Polkovniklərin familyalarını onlara verə bilərəm.Onlar izahat verməyə hazırdılar!

Cənab Ali Baş Komandan!
Mənim 3-4 ay əvvəl sizlərə müraciətimdə bildirmişdim ki, bu Müdafiə Nazirliyi nə istəyir? Əyər istəyir ki, gedim palatka qurum, içinə girim, bütün səfirlikləri çağırım ki, bəs bu günki gündə Ali Baş Komandanın fərmanı yerinə yetirilmir?
Ondan sonra mənim adım siyahıya düşdü və göndərildi Maliyyə Nazirinə.Bu günə qədər Maliyyə Nazirliyi də həmin siyahını atıb bir qırağa və baxılmır!

Cənab Ali Baş Komandan!
Baxın! Bu yaxınlarda, iki ay bundan qabaq, iki zabit tərəfindən də Zakir Həsənovun və onun komandasının korrupsiya ilə məşğul olmağı bütün ictimaiyyətə səsləndirildi.Ancaq çox təəssüflər olsun ki, bu günə qədər də nə Prezident Adminstrasiyasından, nə Baş Prokurorluqdan, nə Korrupsiya idarəsindən bu ittihamlara bir açıqlama verilmədi....!"

Ehtiyatda olan Polkovnikin daha nələri danışacağı barədə videonu aşağıda sizlərə təqdim edirik!