kanal14.az
kanal14.az

İcra başçısı “yoxa çıxan” yeznəsinin yerinə onu vəzifəyə gətirdi

İcra başçısı “yoxa çıxan” yeznəsinin yerinə onu vəzifəyə gətirdi
20-01-2020, 11:17 100 dəfə baxılıb

İcra başçısı “yoxa çıxan” yeznəsinin yerinə onu vəzifəyə gətirdi
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki "Sumqayıt Nəqliyyat” MMC-nin direktoru vəzifəsinə müvəqqəti təyinat olub.

"Kanal14.az” xəbər verir ki, şirkətə rəhbərlik Rauf Hüseynova həvalə edilib.

O, indiyə qədər "Sumqayıt Nəqliyyat”ın direktor müavini olub və işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilmiş Xannı Rüstəmovu əvəzləyib. (Report)

Maraq üçün onu da əlavə edək ki, "Sumqayıt Nəqliyyat” MMC-nin yoxa çıxan rəhbəri Sumqayıtın icra başçısı Zakir Fərəcovun qohumudur. Bəzi məlumatlarda Xannı Rüstəmovun Zakir Fərəcovun bacısının həyat yoldaşı olduğu deyilir. İnternet resurslarında "Sumqayıt Nəqliyyat” MMC ilə bağlı tirajlanan məlumatlarda da Xannı Rüstəmov icra başçısının yeznəsi kimi təqdim edilir. Ölkədən külli miqdarda pulla qaçdığı deyilən X.Rüstəmov isə mətbuata açıqlamasında qaçmadığını, Azərbaycanda olduğunu bildirmişdi./Report







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA