kanal14.az
kanal14.az

Gələcəyimizi savadlı gənclərə etibar edək

Gələcəyimizi savadlı gənclərə etibar edək
17-01-2020, 17:50 259 dəfə baxılıb

Gələcəyimizi savadlı gənclərə etibar edək














 
 
 
 
Yeni ilin daxil olması və yeni Milli məclisin tərkib hissəsinin müəyyən olunması əvvəlki illərə nisbətən tam fərqli gedişatla yaddaşlara həkk olundu. Ötən illərə nisbətən bu ilki namizədlər arasında böyük rəqabət aparıldığı müşahidə olunur. Əsas diqqəti cəlb edən nüans burdadır ki,namizədliyini irəli sürənlərin əksəriyyəti gənclərdir. Eyni zamanda biri-birindən fərqli namizədlərin ilkin görnüşlərindən bəlli olur ki,böyük həvəslə qələbə əldə etmək istəyənlər,məhs gənc namizədlərdir .

Dünya ölkələrinə nəzər salsaq görərik ki,gənc və bilikli kadrlar dövlət və xalq üçün bir çox nəaliyyətlər əldə etməyə daha çox səy göstərirlər. Məhz elə bu səbəbdən də dövlətin bütün qurumlarında gənc kadrların çalışması ölkənin daha da inkişafına təkan vermiş olar

Bu gün "DogruXeber.az" informasiya agentliyinin fəal üzvülərindən biri Seymur Şirvan oğlu Əliyevdə Abşeron rayon üzrə öz namizədliyini irəli sürmüşdür. S.Əliyev Cəbrayıl rayon Horovlu kəndində dünyaya göz açıb. Hər vaxt torpaq həsrəti ilə qəlbi döyünən gənc namizədin ən böyük arzusu o olub ki,işğal altında olan torpaqlarımızın mənfur erməni qəsibkarlarından azad edilərkən hakim dairələrdə fəaliyyət göstərərək onunda bu işdə payı olsun. Ümidvarıq ki,seçicilərin fəal iştirakı ilə gənc namizədin bu istəyi tezliklə heyata keçmiş olar

Diqqətinizə çatdıraq ki,S.Əliyev uzun müddətdir ki,hakim partiyanın sıralarında özünə məxsus yer almışdır. Eyni zamanda iqtidarın dünyada və ölkədə yürütdüyü siyasi fəaliyyətində kifayət qədər öz sözünü demiş gənc bir namizəddir. Anavətən partiyası tərəfindən namizədliyini irəli sürmüş S.Əliyev,MSK tərəfindən namizədliyi qeydə alınmışdır. Dəyərli izləyicilərimiz Fevralın 9 keçirilən Deputat seçgilərində aktiv iştirak etməyinizi və agentliyimizin üzvi olan savadlı,təcrübəli və gənc namizədimizə dəstək olmanızı xahiş edirik.
DoğruXəbər.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA