Gündəm

Zərif: Avropa İranı avto-rüsuma satdı

 

 

 

 

 

Britaniya, Fransa və Almaniya İran nüvə razılaşmasını ABŞ Prezidenti Donald Trampın Avropa avtomobillərinə rüsum tətbiq etməyəcəyinə dair vədləri qarşılığında satıb.

DoğruXəbər.az  xəbər verir ki, bunu İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

"Avropa üçlüyü nüvə razılaşmasını Trampın yeni rüsumlarından qaçmaq qarşılığında satıb. Belə olmayacaq, dostlar. Siz onun iştahını artırırsınız”, – deyə o bildirib.

Axar.az