Gündəm

Rayon rəhbərinin ortaya qoyduğu iradə nəticəsində Ağsu ərazisində yaşıllaşdırma, abadlaşdırma, yenidənqurma sahəsində böyük canlanma meydana gəlib.

Rayon rəhbərinin ortaya qoyduğu iradə nəticəsində Ağsu ərazisində yaşıllaşdırma, abadlaşdırma, yenidənqurma sahəsində böyük canlanma meydana gəlib.

Kanal14 xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin son aylarda imzaladığı bir sıra mühüm sərəncamlar ölkənin sosial-iqtisadi həyatında daha böyük inkişafa yol açır. Bütün sahələrdə uğurlu inkişafı qarşıya prioritet məsələ kimi qoyan dövlət rəhbəri, bölgələri də xüsusi diqqət mərkəzində saxlayır. Bu baxımdan, ölkə başçısı zəif işləyən, eləcə də yaşlanmış rayon icra başçılarını daha cavan, enerjili və bacarıqlı kadrlarla əvəz edir.
Rəhbəri yenicə dəyişmis rayonlardan biri də Ağsudur. Media olaraq, Ağsuda baş vermiş Başçı dəyişikliyindən sonra bu rayonda aparılan islahatlara diqqət yetirmək istədik. Rayonun hazırki icra başçısı Vahid Tağıyev bu vəzifəyə Prezidentin müvafiq sərəncamı ilə 30 sentyabr, 2019-cu il tarixdə təyin olunub. V.Tağıyev problemləri elə də az olmayan bir rayona rəhbər göndərilib.
Yeni icra başçısının əsas diqqət ayırdığı məsələ rayon sakinlərinin qəbul olunaraq dinlənilməsi və hallanan problemlərin qısa müddətdə həll olunmasıdır. V.Tağıyev qayğıları yığılıb qalmış ağsuluları hər həftənin beşinci günləri İH-nin binasında qəbul etməklə kifayətlənmir, eləcə də kəndlərdə tez-tez səyyar görüşlər təşkil edərək, onların problemlərini yerində və daha yaxından öyrənir, müvafiq göstərişlər verir. Rayon rəhbərinin ortaya qoyduğu iradə nəticəsində Ağsu ərazisində yaşıllaşdırma, abadlaşdırma, yenidənqurma sahəsində böyük canlanma meydana gəlib. Belə ki, rayon mərkəzindəki park və küçələrin ağacları budanır, bəzək kolları səliqəyə salınır, örtük daşları yenilənir, bir sözlə, göz oxşayacaq gözəlliklər yaradılır. Rayon mərkəzi ilə kəndləri birləşdirən, o cümlədən, kəndarası yolların rahatlığı diqqətdə saxlanır, əhalinin çətinliksiz gediş-gəlişi təmin olunur. Rayon camaatının fasiləsiz işıq və rabitə ilə təminatı istiqamətində də ciddi işlər aparılır.
2019-cu ilin fevral ayının 5-də Şamaxı ərazisində baş vermiş zəlzələdən ziyan çəkmiş evlərin tikintisi, bərpası və təmiri istiqamətində də təxirəsalınmaz tədbirlər həyata keçirilir. Ağsu rayonunda təmir işlərini tenderdə qalib olmuş və İH ilə müqavilə əsasında çalışan "Taleh TT” MMC reallaşdırır. "Taleh TT” MMC-nin apardığı təmir işləri keyfiyyəti və səliqə-səhmanı ilə seçilir. Zəlzələ ilə əlaqədar müvafiq komissiya tərəfindən Ağsu rayonunda 2400 ev təmirə ehtiyacı olan evlər kimi qeydiyyata alınıb. Bu günə qədər 748 ev tam təmir olunaraq, sahiblərinə təhvil verilib. Evləri təmirdən çıxan Ağsu sakinləri yaradılan rahatlığa görə dövlət başçısından, rayon rəhbərliyindən və podratçı təşkilat olan "Taleh TT” MMC-dən ağızdolusu razılıq edirlər. MMC-nin rəhbəri Əlşah Dəmirov dövlətin ayırdığı maliyyə əsasında ən mümkün variantlardan istifadə etməklə, bərbad vəziyyətdə olan evlərin tam yararlı vəziyyətə gətirilməsini uzunillik təcrübəsinə söykənərək müvəffəqiyyətlə başa çatdırır. Qeydiyyata alınmış, təmirə ehtiya ehtiyacı olan 2400 evdən yerdə qalan 1652 evin bəzilərində işlər başlanıb, bəzi evlərin smetalarının təsdiq olunması gözlənir. Əsas məsələ budur ki, bu günədək aparılan təmir işlərindən əhali razıdır və bundan sonra görüləcək işlərdə də keyfiyyətə və şəffaflığa böyük önəm veriləcək.
Apardığımız müşahidələrə əsasən, demək olar ki, bu gün Ağsu rayonunda bütün sahələr üzrə ciddi tədbirlər həyata keçirilir və əhalinin rifah halı maksimum fəaliyyət nəticəsində yaxşılaşdırılır.



xəbərci.info