Gündəm

Bəhruzun istixanasında 8 nəfər yanaraq öldü

 Moskva ətrafındakı Remensk rayonundakı istixana təsərrüfatında yanvarın 7-də səhərə yaxın yanğın baş verib. Nəticədə 1-i qadın olmaqla 8 nəfər yanaraq ölüb.

 Kanal14 Virtualaz.org -a istinadən xəbər verir ki, Malışevo kəndi ərazisində yerləşən istixana təsərrüfatında yanğın qanunsuz tikilmiş və miqrant-işçilərin yaşadıqları tikilidə baş verib. Bəzi məlumatlara görə yanaraq ölən miqrant-işçilər vyetnamlılardır, digər mənbələr isə onların azərbaycanlılar olduqlarını bildirir.

"Moskovskiy Komsomolets” yazır ki, yanğında daha bir qadın ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. 3 hektar ərazidə yerləşən istixana kompleksi əvvəllər Moskva vilayətində daşınmaz əmlak biznesi ilə məşğul olan iri şirkətə məxsus olub. 4 il əvvəl isə kompleksi Mahaçqala sakini olan 42 yaşlı qadın alıb. Lakin kompleksi 53 yaşlı Azərbaycan sakini Bəhruz idarə edirdi. Bəzi məlumatlara görə, o kompleksin sahibi olan qadının əridir, yaxud qadınla birlikdə yaşayır. Bəhruz barədə bunlar məlumdur ki, həmin adam Moskvadakı iri bazarlardan birində meyvə-tərəvəzin topdansatışı ilə məşğuldur.

Bildirilir ki, istixana kompleksinin sahibini müstəntiqlər hələ dindirə bilməyiblər. Yanğın baş verən gün hüquq-mühafizə orqanlarının əməkdaşları ona zəng vurublar. Həmin adam bildirib ki, təcili vətəndən Moskvaya uçur. Bundan sonra həmin şəxs telefonu söndürüb...