Gündəm

Hafiz Hacıyev rəqibinə “gey” dedi — Partiya sədrindən ŞOK İTTİHAM

 Hafiz Hacıyev rəqibinə “gey” dedi — Partiya sədrindən ŞOK İTTİHAM
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Sosial şəbəkələrdə Hafiz Hacıyevin Göygöl rayonunda deputatlığa namizədliyinin irəli sürülməsinin etirazla qarşılandığı haqqında xəbərlər yayılıb.

 

 Hafiz Hacıyev Modern.az-a açıqlamasında 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən   qeydə alındığını, bu məlumatların isə yalan olduğunu deyib:

 

"Camaat ayağımın altında qurban kəsib. Orada əhalinin 90 faizi öz yerlilərimizdir, onlar artıq öz sözlərini deyiblər. Orada çox ciddi iş gedib və hər şey bəllidir. Bu məlumatı kim yayıbsa, qələt edib, başını daşa döyüb”

 

O, həmin etirazın başqa adamla əlaqəli olduğunu bildirib:

 

"Orada bir gey namizəd var, həmin adamı Xanlar (Hələ də Göygöl rayonuna Xanlar deyir -red) rayonunda daşqalaq edib qovublar. Ona görə də siz məlumatı dəqiqləşdirmək üçün Xanlarda istənilən seçiciyə müraciət etsəniz, o barədə sizə məlumat verəcəklər. Hafiz Hacıyev bir rayonun deyil, bütün Azərbaycan xalqının deputatıdır. Mənə gündə milyonlarla müraciətlər olur, mən də əlimdən gələn köməyi etməyə çalışıram”.

 

Hafiz Hacıyev 9 fevral parlament seçkilərində qalib gələcəyinə də əmindir:

 

"Mən artıq Azərbaycan xalqının ürəyində deputat yox e, prezident seçkilərində də qalmış şəxsəm. Mən dünyada tanınmış bir şəxsəm. Deputatı xalq seçir, xalq da məni seçib”.