Gündəm

“Onlar bu sevda ilə yaşamasalar, yaxşıdır” - Tolik yaşlı deputatlara üz tutdu


Tanınmış prodüsser, teleaparıcı Tarix Əliyev (Tolik) bu dəfə  millət vəkillərini hədəfə alıb.

 Kanal14 "Yeni Sabah” -a istinsdən  xəbər verir ki, aparıcı "Hər şey daxil” verilişində yaşlı deputatların yenidən seçilməsinin əlehinə olduğunu bildirib:

"Əgər dövlət başçımız bütün məmurlar üzərində nəzarəti gücləndiribsə, mən əminəm ki, keçirilən seçkilər bu dəfə şəffaf olacaq. Mənə elə gəlir ki, 62, 63, 64 yaşlılar bu sevda ilə yaşamasalar, yaxşıdır. 60 yaşında mən də istəyərəm ki, nənəm, babam  deputat olsun. Kim istəməz ki? Amma cavanlar seçilsin ki, heç olmasa, xaricə gedəndə tək gedə bilsinlər, əllərindən kimsə tutub aparmasın. Heç olmasa, ingilis dili bilsinlər ki, xaricə gedəndə ingiliscə Azərbaycanı təbliğ edə bilsinlər.  Biz 65-70 yaşında deputatları orada görüb nə edəcəyik, bilmirəm…” 

Tolik sonradan sosial şəbəkədə də paylaşım edərək, izləyicilərinə sual ünvanlayıb. O, seçilən deputatların 60 yaşına qədər olmasının tərəfdarı olduğunu yazıb:

"Milli Məclisdə 60 və 60 dan yuxarı yaşda deputat olmalıdır? Yoxsa gənc, xarici dili bilən uzağı 50 yaşına qədər millətin vəkili olmalıdır? Bu mənim şəxsi fikrimdir”.

Qeyd edək ki, ötən il dekabrın 5-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzaladı. Sərəncama əsasən,  Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.