Gündəm

“Uşaqların 8 gün ardıcıl olaraq məktəbə getməsi düzgün deyil” - Ekspertdən irad

Uşaqlar 8 gün ardıcıl olaraq məktəbə, dərsə gedəcək. Bu onların istirahət rejiminin pozulması deməkdir. Heç də elə düşünməyək ki, ondan sonra ardıcıl olaraq 7 gün istirahət edəcəklər və bu kompensasiya olunacaq. Siz ardıcıl 3 günün yeməyini bir gündə yeyib sonrakı 3 gündə rahat ac qala bilərsiz?”.

 

 

 

 Kanal14"Yeni Sabah”-a istinadən  bildirir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.

Ekspertin fikrincə, uşaqlara aid edilən tətil günlərinin dəyişdirilməsi onların rejimlərinin pozulmasına səbəb olacaq:

"Digər tərəfdən isə, 28 dekabrda 3 yanvarın, 29-u isə 6 yanvarın dərsini keçib, ardınca isə 30 dekabrın normal dərsini keçmək tədris ahəngini və ardıcıllğını pozur. Yəni siz əvvəl irəli mövzunu tədris proqramına əsasən keçirsiniz, sonra isə geri qayıdıb əvvəlki dərsi.

Tövsiyə edirəm ki, aidiyyəti dövlət orqanları 2020-ci ildə işə başlayanda 2020-ci ilin sonlarında olacaq və ümumiyyətlə iş günlərinin ardıcıllığını öncədən müəyyən etsinlər. Bu zaman təhsil sistemi ilə ciddi şəkildə maraqlanmaq lazımdır ki, burada qarışıqlıq olmasın. Çünki bütün məktəblər 5 günlük deyil”