Gündəm

Azərbaycanda sabiq məmur həbs edildi

Azərbaycanda sabiq məmur həbs edildiSaatlı Rayon İcra Hakimiyyətinin (RİH) sabiq əməkdaşı həbs olunub.

Kanal14 -ın apa-a istinadən məlumatına görə, Saatlı RİH-də Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının müdafiəsi üzrə komissiyanın keçmiş əməkdaşı Ağayev Nəriman Mirhadı oğlu Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) maddəsi ilə təqsirli bilinir. Onun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Qeyd edilir ki, adı çəkilən şəxs vətəndaşların etibarından sui-istifadə edərək onları aldadıb, bir neçə nəfərdən dövlət hesabına fərdi yaşayış evlərinin tikilməsi məqsədi ilə külli miqdarda pul alıb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.