Gündəm

Bakı-Quba yolunda ağır qəza — yaralılar var

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı-Quba yolunda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Kanal14 Demokrat.az-a istinadən  xəbər verir ki, Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində qeydə alınan hadisə zamanı yola çıxan iti vurmamaq üçün manevr etmək istəyən avtomobil aşıb.

 

Qəza nəticəsində avtomobildə olan sərnişinlər - 1938-ci il təvəllüdlü Süleymanov Bəylər İsgəndər oğlu, 1964-cü il təvəllüdlü Məmmədov Xayman Qoçəli oğlu, 1960-cı il təvəllüdlü Eyvazov Füzuli Balağa oğlu, 1958-ci il təvəllüdlü Hüseynov Hüseynağa Mirhüseyn oğlu və 1988-ci il təvəllüdlü Zeynalov İlqar Ələddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Xəsarət alan şəxslər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır