Gündəm

"500 mlrd dollarlıq qaçaqmalçılığın qarşısı alınıb" - Səfər Mehdiyev

"Son iki ildə Dövlət Gömrük Komitəsində institusional islahatların fəaliyyət dairəsi genişləndirilib".

 Kanal14"AzerTaym.az"-a istinadən bildirir ki, bunu Bakıda keçirilən "Xarici ticarət iştirakçılarının II Respublika Forumu"nda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

 

S.Mehdiyevin sözlərinə görə, hazırda "Yaşıl Dəhliz" sisteminin iştirakçıları 505-ə çatıb: "Bu ilin fevralın 1-dən fəaliyyətə başlamasına baxmayaraq "Yaşıl Dəhliz" sisteminin iştirakçılarının sayı 505-ə, bu sistem üzrə dövriyyənin həcmi 8 mlrd dollara çatıb. Məhz aparılan islahatlar nəticəsində dövlət büdcəsinə ödənilən vergi və rüsumlarln həcmi əlavə olaraq 2 mlrd manata çatıb. Məhz aparılan sağlamlaşdırma işləri nəticəsində gömrük əməkdaşları tərəfindən 500 mlrd dollarlıq qaçaqmalçılığın qarşısı alınıb".