Gündəm

İqtisadçı alim Vüqar Bayramov pensiya islahatları təklif etdi - VİDEOMÜSAHİBƏ

İqtisadçı alim Vüqar Bayramov pensiya islahatları təklif etdi - VİDEOMÜSAHİBƏ
 
 
 
 

 
 
 
 
Məlum olduğu kimi, 2019-cu il ərzində həyata keçirilən iki sosial paket çərçivəsində minimum pensiya məbləği də artırılaraq, 200 manata çatdırıldı. Bu özlüyündə müsbət hal olsa da, paralel olaraq minimum pensiya kapitalının həcmi də kəskin artmış oldu

Nəticədə gələcəkdə daha az insan əmək pensiyası hüququ əldə edəcək və insanlar pensiyaya çıxmaqda çətinlik çəkəcəklər. Belə ki, minimum pensiyanın 200 manata çatıdırlması, tələb edilən sosial kapitalın 28800 manatadək yüksəlməsinə gətirib çıxarır. Gələcəkdə minimum pensiya artacağı halda, minimum pensiya kapitalı da artacaq. Bu mənada pensiya sahəsində olan islahatların təkmilləşdirilməsinə ehtiyac var.

Vacib olan pensiya islahatları ilə bağlı müsahibə verən iqtisadçı alim Vüqar Bayramov təklif edib ki, dövlət pensiya kapitalının 40 faizinin maliyyələşdirilməsini öz üzərinə götürsün.

İqtisadçı həmçinin pensiya amnistiyasının verilməsini təklif edib: "Çünki elə vətəndaşlar var ki, onların ümumiyyətlə, yığımları yoxdur. Məsələn, onlar 24 il işləsələr də, ödəniş etməyiblər, yaxud onların işlədikləri dövr 2006-cı ildən əvvəlki dövrə düşüb. Həmin insanlar əmək pensiyası almaq hüququ əldə edə bilmirlər”.

Ekspert vurğuladı ki, pensiya islahatlarının davam etdirilməsinə ehtiyac var.

Daha ətraflı təqdim etdiyimiz videomüsahibədən izləyə bilərsiniz.