Gündəm

Heydər Əliyev Qorbaçovun və KQB-nin dərsini necə verdi? – İNANILMAZ FAKTLAR

 
 Heydər Əliyev Qorbaçovun və KQB-nin dərsini necə verdi? – İNANILMAZ FAKTLAR
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

Heydər Əliyevin Moskvadan KQB-ni necə aldadaraq Azərbaycana gəlməsi hələ də məlum olmayan müəmmaya çevrilib. Hələ o zaman – 1987-ci ildə Sovet İKP MK-nın Baş katibi Qorbaçov onu işdən uzaqlaşdırır və Moskvadan çıxmağına imkan vermir. Bu, həmin vaxt idi ki, artıq ermənilərin Azərbaycana qarşı ərazi iddiaları gündəmə gəlmişdi və ardınca Qarabağ müharibəsi olacaqdı. Heydər Əliyevin Azərbaycana gəlişi Moskvanın planlarını poza bilərdi, böyük ehtimalla onun nəzarətə götürülməsi də bununla bağlı idi. Qorbaçov KQB-yə Heydər Əliyevi izləmək, onun Moskva sərhədlərini çıxmaq cəhdlərinin qarşısını almaq tapşırığı vermişdi. Ötən il Rusiyanın "Tam məxfi” verilişi maraqlı məqamları ortaya çıxartmışdı.

Heydər Əliyevin Politbürodan və vitse-premyerlikdən Qorbaçova rəqib olduğu üçün uzaqlaşdırılmasından başlayaraq, əhəmiyyətli bir dövrü əhatələyən sənədli filmdə deyilir ki, 1980-ci illərdə belə bir fikir var idi ki, Andropov öldükdən sonra Heydər Əliyev Sov.İKP MK-nın Baş katibi ola bilər.
Heydər Əliyevin xatirələrində bu fakt belə dilə gətirilirdi: "Xarici və yerli mətbuatda çoxlu şayiələr və proqnoz xarakterli versiyalar var idi ki, mən SSRİ-nin Baş katibi ola bilərəm. Səhv etmirəmsə "Times” qəzeti məni hətta SSRİ-nin "parlayan ulduzu” adlandırmışdı. Təbii ki, bu fikri artıq özümə yaxın buraxmağa başlamışdım”.

Təbii ki, bu cür şayiələr Qorbaçovun xoşuna gəlmirdi. Nəhayət 1987-ci il oktyabrın 19-u Qorbaçov Heydər Əliyevi otağına dəvət edir və bu sözləri deyir: "Sən getməlisən”.

Daha sonra Əliyev "səhhətində olan problemə görə” vəzifəsindən istefa verir. Beynəlxalq Münasibətlərin məzunu və Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi İlham Əliyev də işdən azad edilir və xaricə çıxışı yasaqlanır.

Azərbaycanda vəziyyət çox ağır oldu, iqtisadiyyatın tənəzzül etdiyi dövrdə Qorbaçov Heydər Əliyevə Moskvadan çıxmağa imkan vermir, KQB onun hər addımını izləyirdi. Ancaq Heydər Əliyev Moskvanı tərk edir və Azərbaycana qayıdır. Və bu vaxta qədər onun KQB-nin gözündən necə yayındığını bilən yoxdur.
Təbii ki, uzun illər KQB-də çalışmış, böyük kəşfiyyat təcrübəsinə malik olan bir insan üçün hansısa variant tapmaq çətin olmazdı. Amma hansı variant? Təsəvvür edin ki, bütün səlahiyyətləri əlindən alınmış, işdən çıxarılmış, hər addımı nəzarət olunan, qura biləcəyi bütün təmaslar qapadılan bir şəxs vəziyyətdən çıxmaq üçün hansı addımları ata bilərdi.