Gündəm / Siyasət / Sosial / Video

Nazirliyin vətəndaşa qarşı ədalətsiz qərarı-VİDEO

Nazirliyin  vətəndaşa  qarşı  ədalətsiz  qərarı-VİDEO
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Tarixi kökü olan xalqın, müstəqil dövlət olaraq fəaliyyət göstərməyə mənəvi və hüquqi haqqı vardır. Məlumdur ki,Azərbaycan xalqı qədim tarixi kökü olan bir xalqdır. Uzun illər hegomon dovlətin tərkibində ayaqda durmağı bacardı. Nəhayət minlərlə günahsız insanlarımızın qanı bahasına demokratik və suveren dövlət qurmağı bacardıq. Əlbətdə ki,yeni qurulmuş hökümət zaman-zaman özünü təkmilləşdirib müstəqil və müasir bir Azərbaycan respublikası adına nail oldu.

Hələ yaxın keçmişdə, daha dəqiq desək 1918-ci illdə böyük Sovet imperyasının tərkibindən ayrılmağı bacaran xalqımız, dahi şəxsiyyət, gözəl siyasətçi, xalqına və millətinə bağlı olan Məhəmməd Əmin Rəsulzadə böyük çətinliklədə olsa qurub yaratdığı dövləti 24 ay ərzində ayaqda saxlamağı bacarmışdır. Xalqımızın bu cür yüksəlişini gözləri götürməyən bir çox xain dövlətlərin səyi nəticəsində, minbir əzab-əziyyətlə qurulan dövlətimizi yenidən süquta uğratdılar.

Amma bu çür xəyanətlərə baxmayaraq dəyanətli xalqımız,1990-cı ildə SSRİ-in tərkibindən ayrılarkən,xeyli qurbanlar bahasına başa gələn azadlığı əldə etməyə nail oldular. Bu gün isə milyonlarla günahsız insanlarımızın qanı bahasına qurulub yaradılan ölkəmiz, tamda olmasa rahatlığına qovuşa bilib. Hər birimizə məlumdur ki,tarix boyu paxıllığımızı çəkən mənfur "erməni dığaları” bu gün də torpaqlarımızın 20 (iyirmi) faizini işğal ediblər.

Dəyərli "DogruXeber.az” informasiya agentliyinin oxucuları. Diqqətinizə çatdırmaq istəyirik ki,yuxarıda qeyd etdiyimiz tarixi nəaliyyətlərimizi əbəs yerə xatırlatmırdıq. Bu gün sizlərə təqdim edəcəyimiz məlumat Yevlax rayon Duzlar kənd sakini Məmmədova Həkimə Hidayət qızı barəsində olacaq. Yəqin edirik ki,oxucularımızın bəziləri düşünəcək ki,tarixi nəaliyyətlərimizin vətəndaş müraciətinə nə aidiyyatı var. Bəli,əgər bu cür düşünənlər varsa yazımızı sonuna qədər oxusa və sonda müqaisənin nə dərəcədə düzgün olduğunun şahidi olacaq.

Bu gün yüksək vəzifə sahiblərinin əksər hissəsi tariximizi unudublar. Bu qənaitə gəlməyimiz ondan irəli gəlir ki,oturduqları isti kreslo onlara laiqli xidmət aparmaları üçün verilib. Amma bu gün bəzi məmurların xalqa və dövlətə xəyanətgar çıxdığını görürük. Yuxarda qeyd etdiyimiz keçmişi xatirlamağımız ondan ötrüdür ki, bir zamanlar qanı-qanımızdan olmayan bir dövlətin tərkibində idik. Beləliklədə vətəndaşların düşdüyü çətin drumlara biganə yanaşmaları bir millət olmadığımız üçün başa düşüləndir.

Amma bu gün bir millət olaraq bir-birimizə laqeyid yanaşmağımız bağışlanılmaz bir günahdır. Bizim deyəcəyimiz ondan ibarətdir ki,özünü Azərbaycanlı hesab edən ƏƏSMN-ri cənab Sahil Babayev verilən vəzifəsinə laiqli xidmət göstərməyə borcludur.

Bəs nə üçün ölkə prezidentinin qarşısında bülbül kimi ötüb hər şeyin yaxşı olduğunu bəyan edir. Amma rəhbəri olduğu nazirliyin tərkibində əlilliyi müəyən edən tibbi sosial ekspert komissiyasının ədalətsiz qərarından xəbərsizdir.!? İşıqlı dünyaya yarımcan ümüd bəsləyən Yevlax sakini H.Məmmədovaya birinci qrup verilməli halda nədən ikinci qrup verilməlidir? Bir sözlə qeyd etmək isdərdik ki,dövlətin xalqa münasibəti,insanın ailəsinə olan münasibəti kimi olmalıdır.

Bu haqda dahada geniş yazmaq olardı. Amma düşünürük ki,ƏƏSMN-ri hörmətli Sahil Babayev qınaqlarımızdan nəticə çəxarar və bundan sonra əhalinin müraciətinə daha ciddi yanaşar.

Ümidvarıq ki,tez bir zamanda nazirliyin tərkibində olan əlilliyi müəyyən edən tibbi sosial ekspert komisyasının əməkdaşlarına,nazir tərəfindən göstəriş verilər ki, Yevlax rayon Duzlar kənd sakini H.Məmmədovaya qarşı edilən ədalətsiz qərarı ləğv edib,yenidən verilən ədalətli qərarla əvəz etsinlər.

DogruXeber.az