Gündəm

“APA Grup” şirkətin rəhbəri Vüsalə Mahirqızı subay və cavan Vüqardan istəyi nədir?

“APA Grup” şirkətin rəhbəri Vüsalə Mahirqızı subay və cavan Vüqardan istəyi nədir? 
 
 
 
 
 
 
 
 
 "Apaxeber.az" saytın rəhbərliyi "APA Grup" şirkətin rəhbərinə, vətəndaşlara və eləcədə aidiyyatı qurumlara açıq müraciət etdi.
Əziz oxuyucularımız, son vaxtlar müxtəlif özünə münasib (KİV-də)saytlarda, rəhbərlik etdiyimiz "Apaxeber.az” saytı barədə həqiqəti əks etdirməyən, bizə qərəzli münasibət bəsləyən və (mətbuat azadlığında)fəaliyyətimizə şəxsi maraqlardan maneə olmağa çalışan "APA Grup” şirkətlə rastlaşmışıq.
Beləki, "APA Grup” şirkətin məsul şəxsi Vüsalə Mahirqızı öz rəhbərlik etdiyi və eləcə də özünə yaxın, tanış saytlarda, yeni fəaliyyətə başlayan "Apaxeber.az” saytına qarşı qərəzli və hüquqi əsası olmayan qarayaxma kampaniyasına başlayıb.
Düzü desəm heç təsəvvürdü edə bilməzdimki, belə bir böyük nüfuzlu şirkətin Vüsalə Mahirqızı kimi çox əqidəli, saf və çox dərin düşüncəli bir işçisi var imiş.
Bu günki, mövzumuzun "Qəhramanı” Vüsalə Mahirqızı, bizim rəhbərlik etdiyimiz "Apaxeber.az” saytımıza nədənsə son vaxtlarda maraqlarını artırsada, bununla kifayətlənməyərək dahada cəsarət lənərək bizim barəmizdə hüquq-mühafizə orqanlarına müraciət etdiyini və eyni zamanda gələcəkdə məhkəməyədə müraciət etmək istəyini KİV-də bəyan edib.
Çox düşünüb və daxili qaydada dəfələrlə araşdırma və təhlillər aparsaqda, təəsüflər olsun ki, Vüsalə Mahirqızını necə və harada incitməyimizi xatırlaya bilmədik.
Maraqlısı odur ki, Vüsalə Mahirqızı özüdə, bizə qarşı olan bu maraqlarının məhz nədən ibarət olmasını aydın şəkildə hüquqi əsaslarla izah edə bilməmişdir. Məhz bu səbəbdən də Vüsalə Mahirqızı bu böyük şirkətin rəhbəri olmağına baxmayaraq, hansı hallarda və konkret nə vaxt onlara məxsus şirkətin adından istifadə etməyimizi sübut edən hər hansı bir dəlil və fakt təqdim edə bilməmişdir.
Onun bizə qarşı bu hüquqi əsası olmayan iddiaları dərc edən saytlardan birisi ilə əlaqə saxlamağa çalısaqda, həmin saytın əlaqə nömrəsinə zəng etdikdə, zəngimizə cavab verən şəxs bildirmişdir ki, belə bir sayt tanımır və istifadə etdiyi həmin nömrənin bu sayta heç bir aidiyyatı yoxdur.
Bir sözlə Vüsalə Mahirqızı bizim barəmizdə bəzi xoşagəlməz, fakta söykənməyən iddialar qeyd etsədə, biz bu qadına yenədə hörmətimizlə və səbrimizlə qarşıladıq.
İzləyicilərin və bütün media və eləcə də dövlət qurumların diqqətinizə çatdırırıq ki, Vüsalə Mahirqızının "Apaxeber.az” saytı və bu saytın fəaliyyəti barədə dərc etdiyi iddialar tam əsassızdır, həqiqəti əks etdirməyən məlumatdır.
Bizim rəhbərlik etdiyimiz "Apaxeber.az” satı, yani domeni qanuni, alqı-satqı yolu ilə "Online.az”dan haqqını ödəmək şərti ilə əldə edib sahib olmuşuq və bu saytın əldə edilməsində heç bir hüquq pozuntusuna və ya digər hər hansı sui-istifadələrə yol verilməmişdir.
Eyni zamanda Vüsalə Mahirqızının bu mülki məsələ ilə bağlı məhkəmədən kənar olaraq, məhz AR DİN-nə və AR DTX-nə müraciət etmyinin məqsədi və səbəbi aydın olmamışdır.
Məsələyə aydınlıq gətirilməsi üçün, tərəfimizdən artıq "APA Grup” şirkətin rəhbərinin Vüsalə Mahirqızına rəsmi və elektron qaydada müraciət ünvanlanıb. Ümid edirik ki, Vüsalə Mahirqızı nəhayət ki, əsaslı şəkildə, qanunvericilik çərçivəsində öz hərəkəti barədə bizə izah verəcəkdir.
Bir daha bizə müraciət edən vətəndaşlara bildiririk ki, bizim rəhbərlik etdiyimiz "Apaxeber.az” saytın "APA Grup” şirkətinə heç bir aidiyyati yoxdur və müraciət edərkən diqqətli olmağınızı xahiş edirik.
Hörmətlə,
"Apaxeber.az” saytın təsisçisi və baş redaktoru Vüqar Qasımov