Gündəm

“Aləm bir-birinə dəydi” - Rasim Balayev deputatlıq istəyindən danışdı

“Aləm bir-birinə dəydi” - Rasim Balayev deputatlıq istəyindən danışdı
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 Afaq Bəşirqızından sonra insanlar bu dəfə daha bir Xalq artisti Rasim Balayevin deputat olmasını istəyiblər. Sosial şəbəkədə R.Balayevin fotosu paylaşılaraq ətrafında müzakirələr aparılıb.

"Yeni Sabah” xəbər verir ki, 71 yaşlı məşhur aktyorumuz Moderator.az-a açıqlamasında deputat olmaq üçün artıq gec olduğunu bildirib:

"Mən artıq yaşlanmışam, cavanlıqda istədim, amma seçmədilər. İndi də mənim deputat olmağım gecdir. Təxminən, iyirmi il öncə deputatlığa namizədliyimi verdim, onda seçmədilər, aləm bir-birinə dəydi. İnsanlar deputat olmağımı istəyir, çox sağ olsunlar, amma bunun üçün sağlamlıq lazımdır, bu yaşda məndən deputat olmaz”.

Qeyd edək ki, R.Balayev xeyli müddətdir ki, belindəki yırtıqdan əziyyət çəkir.