Gündəm / Hadisə

“EuroHome”dakı yanğınla bağlı Səhiyyə Nazirliyindən açıqlama

“EuroHome”dakı yanğınla bağlı Səhiyyə Nazirliyindən açıqlama
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

 
 
 
 
 
 

Səhiyyə Nazirliyi Bakı şəhərinin Binəqədi rayonunda "EuroHome” tikinti materialları bazarı ərazisində baş verən yanğınla bağlı məlumat yayıb.
"DogruXeber.az” xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, Ekologiya postu kimi tanınan ərazidə tikinti materialları bazarına çağırış saat 08:18-də daxil olub.

Hadisə yerinə 4 Təcili Tibbi Yardım briqadası yollanıb. Saat 09:15 üçün Təcili Tibbi yardım briqadalarına bir sahibkar müraciət edib. Ona yerində yardım göstərilib.