Erkin Qədirlinin bu mövzuda sərbəst qərar vermək ixtiyarı yoxdur” – İlqar Məmmədov
Respublikaçı Alterantiv Partiyasının (REAL) sədri İlqar Məmmədov təşkilatın qurucularından olan Erkin Qədirlinin parlament seçkilərinə qatılmamasına qarşı çıxıb.
Yenisabah.az-ın məlumatına görə, İlqar Məmmədov bildirib ki, Erkin Qədirli bu mövzu ilə bağlı sərbəst qərar verə bilməz. "Bu yaxınlarda REAL-ın qurucularından Erkin Qədirli təşkilatımıza gündə bir nalayiq söz qırıntısı atanlara cavab olaraq qarşıdakı parlament seçkilərinə qatılmaq istəmədiyini bildirmişdi. İti düşüncəli beyinlərdə doğmayan, amma iddiası aşıb-daşan mülahizələri dinləyərkən ziyalı adamda bir qədər tərəddüd yarana bilər, bu təbiidir.
Amma REAL-ın qurucu üzvlərindən nə mənim, nə başqasının, nə də o cümlədən Erkin Qədirlinin bu mövzuda sərbəst qərar vermək ixtiyarı ola bilməz. Bu haqqımızı kollektiv kimliyimizə həvalə etmişik və bu kollektiv kimliyimiz hansı qərar verəcəksə, onu icra etməliyik.