Gündəm / Cəmiyyət / Hadisə / Sosial / Video

Həbsxanada aclıq aksiyası keçirən jurnalistlərin valideynləri məhkəmə qarşısında göz yaşı tökdülər- Video

Həbsxanada aclıq aksiyası keçirən jurnalistlərin valideynləri məhkəmə qarşısında göz yaşı tökdülər- Video
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
Artıq üç aydan çoxdur ki,barələrində əsassız ittiham irəli sürülən iki jurnalist, Cəlal Məmmədov və Mirkənan Seyidov barəsində Apellyasiya məhkəməsində davam edən proses növbəti dəfə səbəbi açıqlanmadan təxirə salındı. Jurnalistlərin valideynləri  "DogruXeber.az” informasiya agentliyinin rəhbəri Kamal Əsgərovun verdiyi suallara göz yaşı tökərək cavab veriblər. 

Cəlal Məmmədovun anası Nərminə xanım ölkə prezidenti cənab İlham Əliyevə nalə çəkərək fəryad etdi. "Balamı haqsız yerə həbs ediblər, bizə kömək edin.”  Eyni zamada Mirkənan Seyidovun qardaşı  Orxan Seyidov  ölkə rəhbərinə üz tutaraq bildirib ki,”hər zaman jurnalistlərin  özünüzə dost  olduğunu bəyan etmisiniz. Bu gün isə iki gənc jurnalisti əsassız ittihamla həbs etməyə çalışırlar.” 

Hazırda üç aydan artıqdır ki, Bakı İstintaq Təcridxanasında saxlanılan Jurnalist C.Məmmədovun anasının bildirdiyinə görə 20 gündən artıqdır övladı aclıq aksiyası keçirir.

 "DogruXeber.az”