Gündəm

Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti gözlənilir. 

"Kanal14.az” xəbər verir ki, səhər bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 9-13° isti, gündüz  17-21° isti, Bakıda gecə 10-12° isti, gündüz  18-20°  isti təşkil edəcək.  Atmosfer  təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək.  

Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.   

Azərbaycanın rayonlarında  əsasən yağmursuz hava, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb  küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz  17-22° isti, dağlarda gecə 1-6° isti, gündüz  12-17° isti təşkil edəcək.