Gündəm / Cəmiyyət / Hadisə / Sosial / Foto / Video

Neftçala rayon Mirzəqurbanli kənd camaatı ayağa qalxdı - Video/Foto

Neftçala rayon Mirzəqurbanli kənd camaatı ayağa qalxdı - Video/Foto
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
Ölkə başçısı İlham Əliyevin bəzi rayon və kəndlərdə qazın olmaması ilə bağlı, Nazirlər kabinetinin iclasında çıxış edərək, bu problemin həll olunmasının vacibliyini qeyd etməsinə baxmayaraq, hələ də Neftçala rayonunda Prezidentin bu tapşırığına məhəl qoyulmur!!

Belə ki, DogruXeber.az informasiya agentliyinə müraciət edərək şikayətlərinin bizim redaksiyamız vasitəsi ilə ictimailəşməsini xahiş edən Neftçala rayon Mirzəqurbanlı kənd sakinləri, uzun illərdir neft-qaz ölkəsi olan Azərbaycanda mavi qaz üzünə həsrət qalıblar!!!

Sakinlərin mavi qazın verilməsi ilə bağlı bir çox yerlərə, o cümlədən Neftçala rayon icra hakimiyyətinə müraciət etmələrinə baxmayaraq, lakin bu günə qədər onların şikayətinə baxan olmayıb... Aidiyyatı qurumlar tərəfindən min cür bəhanələr gətirilərək Mirzəqurbanlı kənd sakinlərinin mavi qazla bağlı olan şikayətlərinə Neftçala rayon icra hakimiyyətinin başçısı Cənab İsmayıl Vəliyevin də laqeyd və biganə yanaşması, kənd sakinlərini əzab əziyyət içərisində buraxaraq, dözülməz həddə çatdırıb...

XXI əsrdə bütün dünya xalqlarının mavi qazla təmin edildiyi bir vaxtda, üstəlik SOCAR prezidenti Rövnəq Abdullayevin verdiyi müsahibəsindən açıq-aydın şəkildə göründüyü kimi Azərbaycanın erməni kilsələrinə pulsuz qaz verdiyi bir zamanda, axı niyə Azərbaycanımızın daxilində, paytaxt Bakıdan 169 km məsafədə yerləşən Neftçala rayon Mirzəqurbanlı kəndinə mavi qaz verilmir?
(Bu sualın cavabı adamı lap uzaqlara aparır...!!)

Mirzəqurbanlı kəndinə uzun illərdir mavi qazın verilməməsinə görə məsuliyyəti bir başa Rayon icra hakimiyyətinin başçısı Cənab İsmayıl Vəliyev daşıyır.!
Belə ki, Prezident Cənab İlham Əliyev bir çox çıxışlarında Rayon icra başçılarına üzünü tutaraq qəti şəkildə bildirmişdi ki, "Xalqı incitməyin! Vətəndaşların hər hansı problemlərinin həllində anında onların yanlarında olun və vətəndaşların problemlərinin həlli istiqamətində əlinizdən gələni əsirgəməyərək, Xalqa xidmət edin!!!

Cənab Prezident İlham Əliyev tərəfindən 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuş Neftçala rayon icra hakimiyyətinin başçısı Cənab İsmayıl Vəliyev, ölkə başçısının bu etimadını doğrultmalıdır!

İnanırıq ki, kənd sakinlərinin mavi qaza olan tələbatı, yaxın zamanda Prezident Cənab İlham Əliyevin tapşırığına uyğun şəkildə yerinə yetirilərək, başda Neftçala rayon icra hakimiyyəti orqanı olmaqla, aidiyyatı qurumlar tərəfindən öz həllini tapacaqdır.Beləliklə, Neftçala rayon Mirzəqurbanlı kənd sakinləri uzun illərdən bəri çəkdikləri zülm-zillətdən xilas olacaqlar!


Bizi izləməyi unutmayın!

DogruXeber.az



Neftçala rayon Mirzəqurbanli kənd camaatı ayağa qalxdı - Video/Foto