Gündəm / Cəmiyyət / Hadisə / Sosial / Video

Əmlak Komitəsindən mərhumə oftalmoloq Zərifə Əliyevaya necə hörmətsizlik… - Video

Əmlak Komitəsindən mərhumə oftalmoloq Zərifə Əliyevaya necə hörmətsizlik… - Video
 
 
 

 
 
 
 
Deyirlər varlanmaq azarı elə sağalmaz yaradır ki, insan övladı yalnız ölməklə ondan xilas ola bilir. Yəqin elə buna görədir ki, atalarımız tamahkarlar haqqında "gözünü torpaq doyurar” ifadəsini işlədiblər. Yenə də deyəcəksiniz kim bizi dilə gətirib, söyləndirdi? Elə isə kim olduğu ilə birlikdə tanış olaq.

"DogruXeber.az” İnformasiya Agentliyinin redaksiyasına müraciət edən vətəndaş Əliyev Aydın Məhəmməd oğlu 1975-ci ildən, yəni ulu öndər H.Əliyev cənabları SSRİ-I məkanında tək olan kondisonerlər zavodunun tikintisi başlayandan orada çalışıb. Ta ki, 2006-cı ilə qədər. 2006-cı ildə zavodun özəlləşməyə verilməsi ilə bağlı qismən qalmış fəaliyyəti tamamilə dayandırıldıqda zavod hərraca çıxardılır. Zavodda uzun illər "can qoymuş” Aydın Əliyev və həyat yoldaşı hər biri ayrı-ayrılıqda 117 səhim qoymaqla zavodun səhimdarına çevrilirlər. Lakin haradan bilərdilər ki, qoyduqları səhimləri onlara gəlir yox narahatlıq,problemlər gətirəcək.

Zavod səhimdar cəmiyyətə çevrildikdən sonra bir dəfə olsun belə səhimdarların iclası keçirilməyib. Lakin zavodun ərazisi müxtəlif sahələrlə məşğul olan kiçik və böyük sahibkarlara icarəyə verilib. Vətəndaş müsahibəsində bildirdi ki, zavod hal-hazırda Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin balansındadır.
İcarələrdən gələn gəlirlər də onun hesabına daxil olur. Zavodun həyətində on altı mərtəbəli biznes mərkəzi inşa olunub.. Gələn gəlirdən isə səhimdarlar qəti şəkildə məhrum olublar.Vətəndaşın öz hüquqlarının müdafiəsi məqsədilə dəfələrlə ƏMDK-nə müraciət etsə də heç bir nəticə hasil olmayıb. Bir sözlə komitənin sədri Kərəm Həsənov vətəndaş marağı deyilən məvhumun anlamını duymaq belə istəmir. Aydın Əliyev haqqı olan qazancını ala bilmədikdə üzünü Maliyyə Palatasına tutub, kömək istədikdə, ona min beş yüz manatlıq cərimə tətbiq olunması barədə məktub təqdim olunub. Bu yerdə insanı acı qəh-qəhə boğur və düşünürsən ki, Kərəm Həsənov min beş yüz manatı pul hesab edir mi?

Kərəm Həsənovun ölkə vətəndaşlarına olan "yuxarıdan aşağıya baxmaq” kimi ədalarını gözəl bilirik. Bəs mənəvi dəyərləri niyə bu qədər ayaqaltı edib?
Zavodun klubunda böyük alim-oftalmoloq, dəyərli insan, ulu öndərin ömür yoldaşı Zərifə xanım Əliyevanın iş otağı baxımsızlıqdan bərbad hala gəlib. Zərifə xanım Əliyeva buradakı iş otağında zavodun fəhlələrini böyük şəfqət və qayğı ilə müayinə və müalicə edib, yalnız dünya işığını deyil, vicdanı nurlandıran "gözlərini” açırdı. Lakin bu gün professorun xatirələri ilə dolu iş otağının işığı söndürülüb. Mənəvi dünyasına təhqir olunub. Zavodda şəxsi maraqlarını güdən ƏMDK-si isə etdiyi belə bir mənəvi cinayəti ya görmür, ya da görməzdən gəlir. Düzü vətəndaş Zərifə xanım Əliyevanın iş otağının acınacaqlı görüntüsünü bizə təqdim edəndə düşündük vətəndaş yəqin nə ilə qarşılaşdığını tam mənasında anlamır. "Burda mənəm, Bağdadda kor xəlifə” ideologiyası ilə yaşayan Kərəm Həsənovu Zərifə xanımın təhqir olunmuş xatirələri əsla maraqlandırmır. O ki, qaldı səhimdarların səhimlərinin aqibəti. Onu maraqlandıran tək bir gerçəklik var ki, dadandığı sərvət toplamaq hərisliyidir. Aydın Əliyev kimi kasıb insanlar varın dadına tamarzı olduqlarına görə vicdanları varlıdır. Bəlkədə ya elə bəlkəsiz haqlarını yeyən Kərəm Həsənovu heyrətə salacaq qədər zənginliyə sahib vicdanlarını isə kimsə əllərindən almağa qadir deyil.

Qarşı tərəfin mövqeyini dinləyib, dərc etməyə hazırıq.

"DogruXeber.az”