Gündəm

Bakı Vağzalında 1 saat yatmaq üçün 13 manat ödəyərdiniz? - Fotolar

Bakı Vağzalında 1 saat yatmaq üçün 13 manat ödəyərdiniz? - Fotolar
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

Bakı Dəmir Yolu Vağzalında "SLEEP BOX”, yəni "Yuxu Qutusu” xidməti sərnişinlərin ixtiyarına verilib. 

"Kanal14.az" bildirir ki, "SLEEP BOX"lar vağzalda qatar gözləməli olan sərnişinlər üçün nəzərdə tutulub. 

Bir nəfərlik "Yuxu qutu"larında qonaqlar 1 saatdan 3 saatadək dincələ bilərlər. 

Qiymətlər isə 1 saat üçün 13 manat, 2 və ya 3 saat dincəlmək üçün isə 30 manat müəyyən olunub. 

Qeyd edək ki, "Yuxu qutu"ları sosial şəbəkədə xeyli müzakirəyə səbəb olub. İnsanlar vağzalın yaxınlığındakı hostellərdə 1 gecə qonaqlamağın daha ucuz başa gəldiyini yazıblar./Yeni Sabah