Gündəm

Krımda erməni təxribatına cavab – Soydaşlarımız hərəkətə keçdi – FOTO

Krımda erməni təxribatına cavab – Soydaşlarımız hərəkətə keçdi – FOTO
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Krımda   yaşayan  çoxsaylı  həmvətənlərimizin müraciətlərinə əsasən "Azərbaycanın  Krım Respublikasında Milli -Mədəni Muxtarıyyətı”  İctimai Birliyi ermənilərin "Arsax” adlanan  dövlət rəqs ansamblının  konsert proqramı ilə  çıxışına etirazını bildirib.

Turkustan.info xəbər verir ki, bu tədbirin qarşısının alınması üçün  Krım Respublikasının mədəniyyət  nazirinə məktub ünvanlanıb.

Məktubda ermənilərin bu təxribatçı tədbirinin Krımda milli birliyin pozulmasına xidmət etməsi və Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat xarakterli olması   müvafiq qurum rəhbərinin nəzərinə çatdırılıb.