Gündəm / Cəmiyyət / Hadisə / Sosial / Video

Laçın rayon Hərbi Komissarlığı kasıb, fiziki qüsurlu şəxsi hansı varlının yerinə hərbi xidmətə göndərdi? - Video

Laçın rayon Hərbi Komissarlığı kasıb, fiziki qüsurlu şəxsi hansı varlının yerinə hərbi xidmətə göndərdi? - Video
 
 
 
 
 
 
 
 

 
 
 
 
Vətən dediyimiz məkan sadəcə üzərində yaşadığımız Yer kürəsindən payımıza düşən quru ərazi deyil. Vətən əcdadlarımızın canı-qanı ilə qoruyub bizlərə əmanət etdikləri müqəddəs yerdir. Mənəviyyatlı insan müqəddəs olanları sələflərindən əmanət aldığı kimi, xələflərinə əmanət etməlidir. Məhz milləti də formalaşdıran eyni torpaq üzərində yaşadığı məkandır ki, adına vətən deyirik. Vətən üzərində yaşayanlar da vətəndaş.

Düşünürsünüz ki, yəqin söyləyəcək sözümüz tükəndiyi üçün hər kəsin bildikləri şablon ifadələrə üz tuturuq. Qətiyyən belə deyil. Şahvələdov Nəriman Etibar oğlunun hekayətindən xəbərdar olmadığınız üçün mətləbi bu qədər uzatdıq.

"DogruXeber.az” İnformasiya Agentliyinin redaksiyasına müraciət edən Laçın rayon sakini 1999-cu il təvəllüdlü Şahvələdov Nəriman Etibar oğlunun anadangəlmə yuxarı ətraflarının biri digərindən qısadır. Gəncin belə bir fiziki qüsurunun olması əslində körpə yaşlarından Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qeydiyyata alınmalı idi. (bu faktdan bəhs etmək istəmirik). Gənc hərbi xidmət yaşına gəldikdə Laçın rayon HK-ğı gəncə çağırış vərəqəsi göndərib, tibbi komissiyadan keçməsini bildirir. Nərimanın açıq-aşkar gözlə görünən sağ qolunun sol qolundan qısa olması ortada olsa da hərbi komissarlığın həkimləri buna məhəl qoymurlar. Daha doğrusu məhəl qoymamaq yox, gəncin söylədiyinə əsaslansaq, ondan orduya yararsız olmasına rəy verilməsi üçün külli-miqdarda rüşvət tələb olunub. Laçın rayon HK-nın rüşvət tələbini yerinə yetirə bilməyən Nəriman həbs edilməsi ilə hədə-qorxuya tuş gəlir və orduya göndərilir. Hərbi xidməti başa vurub geri qayıtdıqdan sonra yenidən hərbidə işləmək arzusu ilə müraciət edir. Tibbi komissiyanın baxışı zamanı Nərimana hərbiyə yararsız olduğu bildirilir. Amma Nərimanın Laçın rayon HK tərəfindən təqdim olunmuş hərbi biletində orduya tam yararlı olduğu qeyd edilib.

Şikayətçimizin orbitində baş verən təzadlı rəylərə diqqət yetirdikdə iki dövlət qurumundan birinin yalançı olduğunu söyləsək əsla qəbahət etmiş olmarıq. Daha doğrusu Laçın rayon HK birbaşa yalan rəylərlə doğruları ört-basdır edir desək daha dəqiq olar. Çünki atalardan qalma gözəl deyim var:-"Görünən dağa bələdçi lazım deyil”. Nərimanın da görünən fiziki qüsurunu görməmək mümkün deyil. Əlbəttə ki, Laçın rayon HK-ğı bunu yaxşı görüb. Lakin Nəriman kasıb ailənin övladıdır. Onu hansısa bir varlının yerinə xidmətə göndərərsə həm "istədiyi yar idi, yetirdi Pərvərdigar” olar, həm də haqqını yediyi Nəriman hüquqlarını tələb etməkdə aciz qalar. Beləliklə də etdiyi çirkin əməlin üzərini kimsə aça bilməz. Lakin unutduğu bir həqiqət var ki, "Haqq nazilər, qırılmaz”.

"DogruXeber.az”