kanal14.az
kanal14.az

ABŞ türkiyəli nazirləri “qara siyahı”ya saldı

ABŞ türkiyəli nazirləri “qara siyahı”ya saldı
15-10-2019, 11:04 99 dəfə baxılıb

ABŞ türkiyəli nazirləri “qara siyahı”ya saldı
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

ABŞ hökuməti Türkiyənin Milli Müdafiə və Energetika Nazirliklərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

 

Müdafiə naziri Hulusi Akar, Daxili İşlər naziri Süleyman Soylu və energetika naziri Fateh Dönməz də sanksiyalar siyahısına daxil edilib. 

 

Məlumata görə, bu nazirlik və nazirlərin ABŞ-dakı bank hesabları dondurulacaq, eləcə də Amerika vətəndaşlarına bu qurum və şəxslərlə əməkdaşlıq etmək qadağan ediləcək.

 

Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi xəbərdarlıq edib ki, siyahıdakı şəxslər ilə müəyyən əməliyyatlar aparan insanlara da sanksiya tətbiq oluna bilər.

 

Bildirilir ki, sanksiyalar BMT və QHT-lərin Türkiyədəki işlərinə mane olmamalıdır. Həm də ABŞ sanksiyalar yolu ilə Türkiyənin Suriyadakı humanitar əməliyyatlarına mane olmayacaq.

 

Qeyd edək ki, məhdudlaşdırıcı tədbirlər rəsmi Vaşinqtonun Ankaranın Suriyanın şimal-şərqindəki kürdlərə qarşı hərbi əməliyyatına cavab olub. (Qafqazinfo)







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA