kanal14.az
kanal14.az

Xalqla dövləti üz-üzə qoyan ARDNŞ-nin Təhlükəsizlik idarəsinin rəisi "General" Rəşad Əliyevdir?!

Xalqla dövləti üz-üzə qoyan ARDNŞ-nin Təhlükəsizlik idarəsinin rəisi
7-10-2019, 11:46 73 dəfə baxılıb

 
Xalqla dövləti üz-üzə qoyan ARDNŞ-nin Təhlükəsizlik idarəsinin rəisi "General" Rəşad Əliyevdir?!
 
 
 
 
 
 
 
 
 

 

SOS!!!

Son günlərdə SOCAR-ın əməkdaşları ilə, Vətən uğrunda əlil olmuş Qazilər arasında baş vermiş insident, bir çox siyasi liderlərin və bəzi qurumların da qarşıdurmasına və hədsiz narazılıqlarına gətirib çıxarıb!

Bütün yaşanan olaylarla bağlı yaranan hadisələrin fonunda müxtəlif səbəblər dayanır.!

Belə ki, Dogruxeber.az İnformasiya Agentliyi olaraq, kiçik araşdırmamız nəticəsində bu barədə müəyyən məlumatlar əldə edilib.

Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata əsasən,bu böyük rezonans doğuran və aylardır medianın gündəmindən düşməyən SOCAR-ın özbaşınalığının səbəbkarı, Dövlət Neft Şirkətinin Daxili Təhqiqat İdarəsinin rəisi " General" ləqəbiylə tanınan Rəşad Əliyevdir!

Əlbəttə ki,bu cür Xalqı üsyana sürükləyən hadisələri Rəşad Əliyev başda olmaqla,onun komandası həyata keçirdir!

Dəfələrlə bizim vasitəmizlə öz müsahibəsində, 11 il həmin şirkətdə işləmiş Ruslan Cəlilov üzünü Ölkə Başçısına tutaraq bildirmişdi ki, Şirkətin Daxili Təhqiqat İdarəsinin rəisi " General" kimi tanınan Rəşad Əliyev və onun bandası haqqında ciddi tədbirlər görülməsə, bu cür qanlı hadisələrin və çaxnaşmaların kökü kəsilməyəcək!!!

Qanunlara boyun əyməyərək, hədə-qorxu yolu ilə reketlik edərək minlərlə insanların qanını içən və bundan hələ də gözü doymayan Rəşad Əliyevin bir çox kirli əməllərinin üstünü açan Ruslan Cəlilov bunu da xüsusilə qeyd etdi ki, "Generalın" arxasında, vaxtıyla işlədiyi əks kəşfiyyat idarəsində və bəzi güc strukturlarında olan dostları dayanır!!!

Məhz elə bu səbəbdəndir ki, törətdikləri məkrli əməllərinin içərisində, Milli Məclisin Deputatına qarşı belə təhqir dolu hörmətsizlikdən çəkinmirlər!!!

Bizdə bütün bu olanlara istinadən inanırıq ki, qanunlara idarə olunan Azərbaycanda, öz qanunsuz əməlləri ilə Dövlət içində kiçik bir dövlət yaradan Rəşad Əliyev və onun komandası, əhaliyə qan udduraraq, Xalqı Ölkə Başçısından bir mənalı şəkildə narazı salır!
Buna nədənsə hələ də göz yumulur!!!

Belə ki, Neft Şirkətinə məxsus olan torpaqlarda, vaxtilə ev tikib ailəsiylə birlikdə yaşayan vətəndaşlardan 10.000 manat pul tələb edirlər.Sakinlər bu pulu verə bilmədiyi halda, onların evlərini zorla başlarına uçururlar...Daha sonra həmin torpaqların müəyyən hissəsini öz aralarında bölüşdürür və qalanını pul qarşılığında satırlar!

Dövlət büdcəsindən maliyyələşən ARDNŞ-nin mühafizə alayının bir çox işçilərini Bakı şəhərinin bir neçə yerində özləri üçün tikdirdikləri Villaların qorunması üçün istifadə edənlər də, məhz Rəşad Əliyev və onun klanına aid olan adamlarıdır!!!

(Qeyd etdiklərimizi, MUMTV-yə verdiyi müsahibəsində Ruslan Cəlilovun dilindən özünüz də eşidə bilərsiniz!)

Hələ də gündəmdə böyük partlayış yaradan SOCAR-ın Təhlükəsizlik Əməkdaşları, Qazilərimizə qarşı etdiyi zülmlərin üstünün açılmasından ehtiyatlanaraq, jurnalistlərə qarşı fiziki təzyiqlər göstərərək, onların peşə fəaliyyətinə mane olmaqla, Qanunvericilikdə nəzərdə tutulan azadlıqlarının əlindən alınması da şübhəsiz göz qabağındadır! Hətta jurnalistlərin şəxsi əmlaklarına belə ziyan vurmaqdan çəkinməyərək, bununla öz hegemonluqlarını bir daha sübut etdilər!

Bizə verilən daha bir məlumata görə, kirli əməllərinin sayı hesabı bitib tükənməyən SOCAR-ın mühafizə alayının işçiləri, Sumqayıtda yerləşən Neft Kimya İnstitundan Dövlətə məxsus olan naqillərin oğurlanması da, sözü gedən şirkət tərəfindən həyata keçirilmişdir...
Əlbəttə ki, özbaşınalığı və hegemonluğunu özündə cəm edən SOCAR-ın rəhbərliyinin və əməkdaşlarının bu əməlləri, Ölkə Başçısı Cənab İlham Əliyevin apardığı uğurlu siyasətinə kölgə salmaq məqsədi daşıyır!

Azərbaycanımıza qarşı radikal mövqedə olan bir çox xarici ölkələr, Vətənimizdə iğtişaşların yaranmasını yüksək şövq hissiylə gözləyirlər. Belə olan halda, Ölkəmizdə ARDNŞ-nin bu cür əməllərinin nəticəsində yaranan qarşıdurmalara nə ad vermək olar???

SOCAR onların dəyirmanına su tökmürmü???.

Artıq bu haqsızlığa, özbaşınalığa və hegemonluğa son qoymağın vaxtıdır!!!

Əminik ki, Prezident Cənab İlham Əliyevin ciddi tapşırığı ilə aidiyyatlı orqanlar hərəkətə keçərək, Rəşad Əliyevi və onun komandasını qanuni şəkildə cəzalandıracaqlar!!!

Adı çəkilən şəxslərin mövqeyini dinləyib, dərc etməyə hazırıq....

Bizi izləməyi unutmayın!
 
Dogruxeber.az










Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA