Gündəm / Video

Vətənin keşiyində durmaq hər kəsin borcudur- Video

Vətənin keşiyində durmaq hər kəsin borcudur- Video
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
Azərbaycan Respublikası,müstəqilliyini əldə etdikdən sonra bir çox qabaqcıl dövlətlərlə müqayisədə öncül yer tutmuşdur. Təbiidir ki,qısa zaman ərzində bu cür yüksək nəaliyyətləri əldə etmək həm ölkəmizin zəngin təbii sərvətləri sayəsində qazanılıb və eyni zamanda ölkə liderlərimizin daxildə və xaricdə apardıqları uğurlu siyasətin nəticəsidir.

Ölkə rəhbərinin apardığı uğurlu siyasət nəticəsində dövlətin qorunub saxlanılması üçün bir sıra güc strukturları yaradılmışdır. Bunlardan ən öndə olanı,Respublikanın ərazi bütövlüyünün qorunub saxlanması üçün vahid nizami ordunun yaradılmasıdır. Hər kəsə məlumdur ki,hazırda ökəmiz müharibə şəraitindədir. Bunun üçün də vətənin keşiyində durmaq hər bir Azərbaycan gəncinin qanuni borcudur. Necə ki,dahilərimiz buyurmuşdur "Torpaq uğrunda ölən varsa vətəndir"

Respublikanın hər bir bölgəsindən həqiqi hərbi xidmətə çağırış günü qeyd olunub. Xidmətə yararlı gənc oğullarımızı , vətənin ərazi bütövlüyünün qoruması üçün yola salan valideyinlər iki qürur verici hissləri yaşamalı olublar. Birinci qürur verici hiss odur ki,onlar əsgər valideyinidirlər, ikinci hiss isə müəyyən müddət ərzində illərlə böyüdüb boya-başa çatdırdıqları övladlarının ayrılığına qatlaşmaqlarıdır.

Bu ali hisləri yaşayan valideyinlərdən biri, "DogruXeber.az" İnformasiya Agentliyinin xüsusi müxbiri Qasımova Aynur İslam qızıdır. Neftçala rayon sakini olan əməkdaşımız övladı Qasımov İslam Camaləddin oğlunu rayon hərbi komissarlığından yola salma anını bizlərlə bölüşüb. O sevincli və kədərli görüntüləri sizin kimi dəyərli oxucularımızın diqqətinə çatdırmağı özümüzə borc bildik.

DogruXeber.az