Gündəm

Qətliam qurbanlarına 735 milyon dollar təzminat ödəniləcək

Qətliam qurbanlarına 735 milyon dollar təzminat ödəniləcək
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

"Las Vegas” qətliamının qurbanlarına 735 milyon dollar təzminat ödəniləcək.

"Kanal14.az” xarici mediaya istinadən xəbər verir ki, qətliam qurbanlarının ailələri ilə cinayətkarın həmin vaxt qaldığı otel arasında razılıq əldə olunub. 

<iframe width="817" height="200" frameborder="0" marginwidth="0" marginheight="0" vspace="0" hspace="0" allowtransparency="true" scrolling="no" allowfullscreen="true" id="aswift_1" name="aswift_1" style="box-sizing: border-box; left: 0px; position: absolute; top: 0px; border-width: 0px; border-style: initial; width: 817px; height: 200px;"></iframe>

Qətliamda xəsarət alanlar da daxil olmaqla ümumilikdə, 2 min 500 nəfər təzminat alacaq.

Xatırladaq ki, "Las Vegas” qətliamı ABŞ tarixindəki ən dəhşətli hadisələrdən biri hesab edilir. 2017-ci ilin 1 oktyabr günü 64 yaşlı Stiven Paddok adlı şəxs ağır silahlarla insanların üzərinə atəş açıb. O, qaldığı "Mandalay Bay Hotel”in 32-ci mərtəbəsindəki pəncərədən yolun qarşısındakı konsertdə iştirak edən 22 min nəfəri atəşə tutub. Hadisə nəticəsində 58 nəfər ölüb, 800 nəfər xəsarət alıb.

Cinayətkarın hadisəni törədərkən ağır silahlardan istifadə etməsi otelin də ittihamlarla üzləşməsinə səbəb olmuşdu