Gündəm

“Qarabağ”ın qələbəsi ermənilərə vurulan “şapalaq”dır” — Azər Həsrət

“Qarabağ”ın qələbəsi ermənilərə vurulan “şapalaq”dır” — Azər Həsrət
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

"Ermənilərin dünənki "Düdelanj” - "Qarabağ” oyunundakı törətmək istədiyi təxribat, əlbəttəki onların cılızlığından xəbər verir. Böyük, özünəgüvənən, öz varlığını sübut etməyə ehtiyac duymayan millətlər belə addımlar atmazlar”.


Kanal14.az xəbər verir ki, bunu Azadinform-a Mətbuat Şurası İdarə Heyətinin üzvü, siyasi şərhçi Azər Həsrət dünən Lüksemburqda oynanılan oyunda erməni təxribatına münasibət bildirərkən deyib. 


Ekspert əlavə edib ki, ermənilər bütün tarix boyu öz varlıqlarını sübut etmək gerçəyi ilə üz-üzə qalıblar: 


"Yəni bunlar tarixin istənilən mərhələsində "biz varıq” deyə hayqırmağa ehtiyac duyublar. Əslində onlar var olduqları şəraitdə belə, yox kimi görünüblər. Dünya onları vecinə almayıb, saymayıb. Ümumiyyətlə, onları heç kim qəbul etməyib. Ona görə də bu cür cılız addımlarla özlərini, varlıqlarını sübut etməyə çalışırlar. "Qarabağ” Futbol Klubunun da onların bu cılız hərəkəti qarşısında böyük hesablı qələbə ilə ermənilərə "şapalaq” vurduğunu xüsusi qeyd etmək lazımdır”.


Azər Həsrət qeyd edib ki, bunu Cənab Prezidentin "Valday” Beynəlxalq Diskussiya Klubunun toplantısındakı çıxışı zamanı "Qarabağ Azərbaycanındır, nida işarəsi”, - deyərək qətiyyətli bir bəyanatının ardından baş verdiyini nəzərə almalıyıq: 


"Yəni Cənab Prezident bu sözü deməklə bütün dünyaya mesaj verdi ki, Qarabağ heç bir halda Azərbaycandan qoparıla bilməz. "Qarabağ” Futbol Klubunun da məhz Avropanın göbəyində bu cür yüksək oyun nümayiş etdirərək qələbə qazanması, üstəlik də ermənilərin təxribatının qarşısının alınmasında daha da qəzəbli bir oyun göstərməsi, mütləq qələbəni əldə etməsi bir daha ondan xəbər verir ki, biz azərbaycanlılar özümüzü sübut etmək üçün heç bir əlavə faktora ehtiyac duymuruq. Ermənilər kimi cılız gedişlərlə özümüzü sübut etmək fikrində deyilik. Sadəcə olaraq, həqiqətləri dilə gətiririk, göstəririk. Və dünya bizi tanıyır, qəbul edir. Amma erməniləri isə dünya qəbul etmir. Onlar sadəcə olaraq bütün ömürləri boyu "biz varıq” deyə hayqırmaq məcburiyyətindədir. Dünənki təxribatda bununla bağlıdır”.